Aqil Ələsgər Ermənistanın sərhəd təxribatını

Aqil Ələsgər Ermənistanın sərhəd təxribatını "TRT Arabiyyə" və "A Haber"də şərh etdi (VİDEO)

Müasir dövrdə müharibə yalnız səngərdə deyil, həm də informasiya sahəsində aparılır. 3 dildə – Azərbaycan, türk və rus dillərində yayımlanan "Yeni Çağ” Media Qrupu ölkəmizin apardığı genişmiqyaslı informasiya savaşında hər zaman öncüllərdən olub. 

Eyni zamanda, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də öz imkanları və şəxsi əlaqələri vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyalara çatdırılmasında intensiv fəaliyyət göstərir.

O, "TRT World” qrupuna daxil olan "TRT Arabia”, "A Haber”, ON4 və başqa telekanallarda, Kərkükün ən nüfuzlu agentliklərindən olan "Türkmən” İnformasiya Agentlikliyində, və digər platformalarda Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar haqqında ətraflı məlumat verir.

Aqil Ələsgər Türkiyə, Şimali Kipr, İraq mətbuatında Ermənistanın sözügedən sərhəd təxribatını və təcavüzkar siyasətini daim ifşa edən azsaylı jurnalistlərimizdəndir.

Qeyd olunmalıdır ki, Aqil Ələsgər beynəlxalq platformalarda son məlum hadisələrin və digər mühüm olayların işıqlandırılmasında istisnasız olaraq, Azərbaycanın dövlət maraqlarına əsaslanıb.

"Yeni Çağ” Media Qrupunun rəhbəri 15 ilə yaxındır ki, hər il Xocalı Soyqırımı ilə əlaqədar Türkiyənin nüfuzlu telekanallarında çıxışlar edir, müxtəlif universitetlərdə geniştərkibli konfranslar təşkil edir.
 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR