İdman 13:44 24.10.2020

Araz Abdullayevin yeni baş məşqçisi açıqlandı

Milli komandamızın futbolçusu Araz Abdullayevin forma geyindiyi "Boluspor"un yeni baş məşqçisi müəyyələşib.

Qaynarinfo xəbər verir ki, Türkiyənin 1-ci liqasında çıxış edən komanda Reha Erginerə tapşırılıb. 50 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb. Reha Erginer bu postda oktyabrın 19-da istefaya göndərilən Ahmet Taşyüreki əvəzləyib.

Qeyd edək ki, "Boluspor" 6 turdan sonra I Liqada 2 xal toplaya bilib. Hazırda 18-ci pillədə qərarlaşan komanda son oyunda "Balıkesirspor"la qolsuz heç-heçə edib.