UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Qaynarinfo xəbər verir ki, bu gün Azərbaycan klublarından ilk olaraq "Araz-Naxçıvan" meydana çıxacaq və Cənubi Kiprin "Omoniya" klubu ilə qarşılaşacaq.
Qarşılaşma "Dalğa Arena"da, saat 20.00-da start götürəcək. Görüşün baş hakimi çexiyalı Andrjey Berka olacaq.
"Araz-Naxçıvan" əvvəlki raundda Yunanıstanın "Aris", "Omoniya" isə Gürcüstanın "Torpedo" (Kutaisi) komandasını mübarizədən kənarlaşdırıb. Cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.
Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun
7 avqust
20.00 Araz-Naxçıvan (Azərbaycan) - Omoniya (Cənubi Kipr)
Baş hakim: Ondrjey Berska (Çexiya).
Bakı. "Dalğa Arena".
Şərhlər