Xəbər lenti

İdman 17:11 06.08.2025

"Qarabağ" braziliyalı hücumçu transfer edir

Portuqaliyanın "Akademika Vizeu" klubunun futbolçusu Andre Klovis "Qarabağ"a keçməyə çox yaxındır.

Qaynarinfo Sport24.az-a istinadən xəbər verir ki, forvard avrokuboklarda pley-off mərhələsinin oyunlarınadək Azərbaycan çempionunun düşərgəsində olmalıdır.

Onun yaxın zamanda Bakıya gələrək tibbi müayinədən keçəcəyi gözlənilir.

Qeyd edək ki, braziliyalı oyunçunun hazırkı klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Klovis karyerası ərzində "İnternasional", "Leykşoeş", "Eştoril" klublarında oynayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->