İdman 15:37 11.09.2019

Arda Turana 2 il 8 ay həbs cəzası

Ötən il gecə klubunda müğənni Berkay Şahinin burnunu qıran və daha sonra xəstəxanaya hücum edərək silahla havaya atəş açan Arda Turanla bağlı məhkəmə qərar verib.

Qaynarinfo xəbər verir ki, məhkəmə Türkiyə millisinin sabiq üzvünə 3 ayrı maddə ilə 2 il 8 ay 15 gün həbs cəzası verib. Məhkəmə qərarının elan olunması başqa vaxta saxlanılıb.

Məhkəmə Arda Turana cinsi təcavüz ittihamından bəraət verib. Ona icazəsiz silah gəzdirmək, qəsdən sağlamlığa xəsarət yetirmək və ictimai yerdə silahdan atəş açmaq ittihamları ilə cəza verilib.