Xəbər lenti

Argentinada insan üzlü inək doğuldu (FOTO)
Dünya 11:12 10.09.2019

Argentinada insan üzlü inək doğuldu (FOTO)

Argentinanın Santa-Fe əyalətinin Vilya-Ana kəndində inək insan üzünə bənzəyən mutant bala doğub. 

Qaynarinfo xəbər verir ki, bu haqda Daily Mail məlumat yayıb.

Buzov cəmi iki saat yaşaya bilib. Video kadrlardan görünür ki, heyvan qəribə şəkildə hərəkət edir və yerindən tərpənmir. 

Mütəxəssislər bunu genetik mutasiyanın nəticəsi hesab edib. Heyvanın burnu yoxdur, gözləri isə bir-birinə yaxında yerləşir və düz irəli baxır. Görünüşünə görə, heyvan heç bir əlaməti ilə inək balasına bənzəmir. 

Yerli mütəxəssislər qeyd edib ki, heyvan deformasiyaya uğramış kəllə ilə doğulub ki, bu da ona qorxunc görkəm verib. Genetik-ekspert Nikolas Maqnato deyib: "Bu cür hallar elmə məlum olsa da, çox nadir hallarda baş verir. Buna bir neçə kimyəvi və ya bioloji maddələr səbəb ola bilər. O üzdən buzov dünyaya eybəcər şəkildə gəlib. Daxili orqanların fəaliyyəti pozulduğuna görə isə yaşaya bilməyib”.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->