Xəbər lenti

Arizonaya son bir əsrin ən güclü qarı yağıb
Dünya 21:50 23.02.2019

Arizonaya son bir əsrin ən güclü qarı yağıb

ABŞ-ın Arizona ştatına 100 ilin ən güclü qarı yağıb. 

Qaynarinfo xəbər verir ki, ştatda qarın qalınlığı bir metrə çatır.

Arizonanın Nəqliyyat Departamenti sürücüləri ştatın şimalına səfər etməməyə çağırıb. Yollarda qalan sürücülər son sutka ərzində yardım üçün polisə 400 dəfə zəng ediblər. Sinoptiklərin məlumatına görə, yaxın günlərdə ştat ərazisinə daha 7-8 santimetr qar yağacağı gözlənilir.

Hava şəraitinə görə Flaqstaff şəhərində fövqəladə vəziyyət rejimi elan olunub.

Qeyd edək ki, bundan əvvəlki rekord 104 il bundan öncə qeydə alınmışdı. Həmin zaman Flaqstaff şəhərinə 79 santimetr qar yağmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->