"Arsenal” Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun "Qarabağ”la ev oyununda (1:0) Ağdam klubuna qarşı baş verən erməni təxribatı ilə bağlı bəyanat yayıb.
Qaynarinfo xəbər verir ki, klub baş vermiş insidentə görə təhlükəsizlik təbdirlərinin gücləndiriləcəyini bildirib:
"Emireyts” stadionunda təhlükəsizlik tədbirləri davamlı gözdən keçirilir. Cümə axşamı baş verən insidentin fonunda kənar şəxslərin meydançaya girməsinin qarşısını almaq üçün daha nələr etməyin mümkünlüyünə baxacağıq. Bizim arenada bu cür hadisələr nadir hallarda baş verir. Çünki təlim keçmiş stüardlarımız bu cür cəhdlərə nəzarət edirlər”.
Qeyd edək ki, "Arsenal” – "Qarabağ” matçınıın sonlarında meydana əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutan erməni azarkeş daxil olub və Ağdam klubunun futbolçularının üzərinə qaçıb. "Qarabağ”ın oyunçuları, xüsusilə kapitan Rəşad Sadıqov və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırıblar.
Şərhlər