Xəbər lenti

Siyasət 11:08 18.03.2015

Asim Mollazadə Braziliyada - FOTO

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Braziliyada səfərdədir. 
 
Partiyadan Qaynar.info-ya verilən məlumata görə, millət vəkili səfər zamanı Braziliyanın Elm, yüksək texnologiyalar və innovasiyalar naziri, xarici işlər nazirinin müavini, Braziliya Senatının və Nümayəndələr Palatasının rəhbərliyi, Nümayəndələr Palatasının Xarici işlər və Müdafiə Komitələrinin sədirləri ilə görüşlər keçirib. 

Bu görüşlərdə Azərbaycan-Braziliya əlaqələri, parlamentlərarası münasibətlər, elm, təhsil, yüksək texnologiyalar və innovasiyalar, mədəniyyət, enerji, ticarət və digər sahələrdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. A.Mollazadə görüşdüyü şəxslərə ölkəmiz barədə ətraflı məlumat verib və sözügedən sahələrdə Azərbaycanın əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. 

Xatırladaq ki, DİP sədri daha əvvəl Latın Amerikası ölkələrindən Paraqvay, Argentina, Uruqvay və Çilidə olmuş, bu ölkələrin mühüm rəsmi şəxsləri ilə görüşlər keçirib.


Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?