Xəbər lenti

Asim Mollazadə seçicilərin şikayət etdiyi ünvana getdi, problemlərlə maraqlandı (FOTO)
Foto 17:13 24.09.2021

Asim Mollazadə seçicilərin şikayət etdiyi ünvana getdi, problemlərlə maraqlandı (FOTO)

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bu gün Nəsimi rayonunun seçiciləri ilə görüşüb. 

Qaynarinfo xəbər verir ki, görüşdə Asim Mollazadə seçiciləri narahat edən problemlərlə maraqlanıb.

Paytaxtın Mərdanov qardaşları, 102 ünvanında yaşayan seçicilər üzləşdikləri kommunal problemlər, ətrafdakı təmir-tikinti işlərinin yubadılması ilə bağlı millət vəkilinə şikayət ünvanlayıblar. Onlar eyni zamanda deputatdan xahiş ediblər ki, yaşadıqları binaların həyətinin abadlaşdırılması, su və kanalizasiya probleminin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etsin.  

Asim Mollazadə də öz növbəsində bildirib ki, seçiciləri narahat edən məsələlərlə bağlı müvafiq instansiyalara intensiv müraciət edəcək və sadalanan problemlərin tezliklə həllində onlara yardımçı olmağa çalışacaq. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->