Çinin sabiq dəmir yolu naziri Liu Cucuna bu ölkənin məhkəməsi tərəfindən korrupsiyada ittiham olunaraq ölüm cəzasına məhkum edilib. Maraqlıdır, rüşvətə və korrupsiyaya görə bizdə də qanunların sərtləşdirilməsi problemin həllinə müsbət təsir göstərə bilərmi? Ümumiyyətlə, korrupsiyaya görə verilən ən ağır cəza ölkələrdə korrupsiyanın qarşısını qismən də olsa ala bilərmi?
Mövzuyla bağlı Moderator.az-a danışan tanınmış vəkil Aslan İsmayılovun sözlərinə görə, Çində korrupsiyaya görə gündə 1 milyon insan da güllələsələr bu, rüşvətin qarşısını almayacaq:
“Əsas problem sistemdədir, ölkəmizdə rüşvətə görə ömürlük həbs cəzası olsa belə bu heç nəyi dəyişməyəcək”.
Qaynar.info
Şərhlər