Wikileaks saytı ilə ABŞ-ın müharibə sirlərini və Amerika diplomatlarının gizli yazışmalarını ortaya çıxaran avstraliyalı Culian Assanc seçkilərdə iştirak etməyə hazırlaşır.
Qaynar.info-nun Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Assanc Wikileaks adlı partiya yaradır və hazırda onun üzvü 2 min nəfərə çatır.
Keçirilən sorğulara görə, Avstraliya xalqının Wikileaks-ə olan marağı da günü-gündən artmaqdadır.
Amma cinsi təcavüzdə ittiham olunan Assanc haqqında İngiltərə məhkəməsinin həbs qərarı var. Və bu da onun seçiləcəyi təqdirdə Avstraliya parlamentinə getməsinə əngəl yaradacaq.
Hazırda Wikileaks qurucusu 1 ilə yaxındır Ekvadorun Londondakı səfriliyində qalır.
Qaynar.info
Şərhlər