Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev bu gün parlament qarşısında mitinq keçirəcək.
Qaynarinfo xəbər verir ki, sabiq ölkə rəhbəri Koy-Taş kəndində yerləşən iqamətgahında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Qeyd edək ki, ötən gecə A.Atambayevi həbs etməyə gələn təhlükəsizlik əməkdaşları müqavimətlə üzləşib. Baş verən qarşıdurma zamanı 50-dən çox insan xəsarət alıb. Ölkə rəhbərliyi sabiq prezidenti qanunun icrasına mane olmaq, silahlı müqavimətdə ittiham edir.
Gülşən
Şərhlər