AVRO-2020 Azərbaycan və Türkiyə Qran-prilərinin yerdəyişməsinə mane oldu

AVRO-2020 Azərbaycan və Türkiyə Qran-prilərinin yerdəyişməsinə mane oldu

"Formula 1" üzrə Azərbaycan Qran-prisininin təşkilatçıları yarışın tarixini Türkiyə Qran-prisi ilə dəyişməkdən imtina edib.

"Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "RaceFans"a açıqlamasında bildirib. O, Azərbaycan Qran-prisindən sonra Bakıda futbol üzrə Avropa çempionatının keçiriləcəyini səbəb göstərib.

"Söhbətlər var idi, lakin hazırkı vəziyyətdə yarış uik-endinin tarixi həqiqətən də fiksə edilib. O, paytaxtdakı bütün digər tədbirlər arasında sıxılıb. Çünki Azərbaycan Qran-prisindən bir həftə sonra - iyunun 12-də Bakıda ilk oyun keçiriləcək. Ona görə də qrafik bu il çox sıxdır. Başqa illərin hansısa birində və təqvimdə yeganə idman hadisəsi olsaydı, belə varianta baxa bilərdik".

Qeyd edək ki, Böyük Britaniya hökuməti Türkiyəni koronavirus infeksiyası üzündən "qırmızı zona"ya salıb. Bu ölkədən Böyük Britaniyaya gedənlər mehmanxanada 10 gün öz hesablarına qalmalıdırlar. Türkiyə Qran-prisi 11 - 13 iyunda keçirilməli və təqvimdə Kanada mərhələsini əvəzləməlidir. Məhdudiyyətlər Böyük Britaniyada yerləşən yeddi komandanın əməkdaşlarına təsir edəcək.

X
XƏBƏRLƏR
BLOGLAR