Avrokubokların formatı dəyişir: Oyunlar eyni şəhərdə ola bilər

Avrokubokların formatı dəyişir: Oyunlar eyni şəhərdə ola bilər

UEFA koronavirus pandemiyasına görə yarımçıq dayandırılan avrokubokların formatını dəyişdirməyə hazırlaşır.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, virusun yayılmasının qarşısını almaq məqsədi ilə hər iki turnirdə oyunların 1/4 final mərhələsindən "8-lər finalı" formatında keçirilməsi gündəmdədir.

Matçların Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. Komandalar öz aralarında 2 deyil, 1 oyun keçirəcəklər.

Qarşılaşmaların həmçinin Münhen və Madriddə oynanılması variantı da nəzərdən keçirilir. Yekun qərar UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında qəbul olunacaq.

Qeyd edək ki, daha əvvəl Çempionlar Liqasının finalına Türkiyənin İstanbul, Avropa Liqasının həlledici görüşünə isə Polşanın Qdansk şəhərlərinin ev sahibliyi etməsi qərara alınıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image