Avronun məzənnəsi son 2 il ərzində ilk dəfə olaraq 1,28 dollar səviyyəsindən aşağı enib. AzərTac xəbər verir ki, investorları bir tərəfdən Almaniyanın zəif göstəriciləri narahat edir. Belə ki, işgüzar etimadın göstəricisi ilyarım geriyə adlayıb. Digər tərəfdən, Avropa Mərkəzi Bankı rəhbərlərinin şərhləri treyderlərdə tənzimləyicinin pul siyasətinin daha aktiv yumşaldılmasına ümidlər oyadır.
Avrozona mərkəzi bankları rəhbərlərinin Vilnüs konfransı ərəfəsində Avropa Mərkəzi Bankının prezidenti Mario Draghi bəyan edib ki, siyasi gərginlik region iqtisadiyyatının bərpası üçün riskləri artırır. Bu səbəbdən Avropa Mərkəzi Bankı miqdar yumşaldılması da daxil olmaqla, qeyri-ənənəvi alətlərdən istifadə edə bilər.
Qaynar.info
Şərhlər