Sağlamlıq 20:18 06.01.2021

Avropa Birliyi növbəti vaksinin tətbiqinə icazə verdi

Avropa Dərman Preparatları Agentliyi (EMA) ABŞ-ın "Moderna" koronavirus vaksininin qeydiyyata alınmasını tövsiyə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə agentliyin bəyanatında deyilir.

Qeyd olunur ki, bu vaksin 18 yaşdan yuxarı bütün şəxslərin istifadəsi üçün tövsiyə olunur.

"Moderna" vaksini EMA-nın təsdiq etdiyi ikinci koronavirus vaksini olub.

Ötən ay EMA "Pfizer-BioNTech" vaksinin istifadəsinə icazə vermişdi (modern.az)