Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da mərhələnin cavab matçına çıxacaq.
Qurban Qurbanovun komandası Bolqarıstanda ÇSKA-nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bakıda oynanılan ilk qarşılaşmada komandalar qolsuz heç-heçə edib.
Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə "Şerif” (Moldova) – "Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. "Makkabi" ilk oyunda 5 cavabsız qolla qalib gəlib.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
30 iyul
22.00 ÇSKA (Bolqarıstan) - Qarabağ (Azərbaycan)
Hakimlər: Bran van Den Dries, Mişel Seldrayers, İv De Neve, Kevin Van Damm (Belçika).
VAR: Bert Put (Belçika).
AVAR: Uesli De Kremer (Belçika).
Sofiya. Vasili Levski Milli Stadionu.
Şərhlər