Xəbər lenti

İdman 23:52 29.07.2026

"Sabah" Danimarkaya gedəcək

"Sabah”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Qaynarinfo-nun xəbərinə görə, Azərbaycan çempionunun rəqibi "Lex” (Polşa) – "Orhus” (Danimarka) cütünün qalibi olub. Bu komandaların ilk görüşündə "Lex” səfərdə 4:1 hesabı ilə qələbə qazanmışdı.

Poznan şəhər stadionunda keçirilən cavab qarşılaşmasında isə bu dəfə Danimarka təmsilçisi eyni hesabla qalib gəlib - 4:1 (3:0 əsas vaxtda, 1:1 əlavə vaxtda). 

Beləliklə, qalibi penaltilər seriyası müəyyən edib. Burada daha dəqiq olan "Orhus” (4:3) növbəti mərhələyə yüksəlməklə "Sabah”a rəqib olub.

Qeyd edək ki, ÇL-də 3-cü təsnifat mərhələsinin matçları 4/5 avqust və 11 avqusta təyin edilib. "Sabah” ilk oyununu Danimarkada keçirəcək.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->