Xəbər lenti

“7:2-ni yaddan çıxarmalıyıq
İdman 22:30 29.07.2026

“7:2-ni yaddan çıxarmalıyıq" - Qurban Qurbanov

"Hər iki komanda üçün çox vacib oyundur. İlk oyunda heç-heçə qeydə alınıb. Cavab oyununda hər ikimiz qalib gəlmək istəyirik. Rəqibin açıqlamalarından görürəm ki, çox iddialıdırlar, həvəslidirlər. Bu, bizi məsuliyyəti olmağa sövq edir. İki eyni səviyyədə komanda üz-üzə gələcək. Hər ikisinin qalib gəlmək ehtimalı var. İnanıram ki, azarkeşlər ən azından yaxşı oyun görəcəklər. Biz də çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini oynayaq".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 2-ci təsnifat mərhələsində SSKA-ya qarşı Bolqarıstanda keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. O,daha sonra jurnalistlərin suallarını cavablandırıb.


- Sabahkı matçın Bakıdakı oyundan fərqi nə olacaq?
- Qalib gəlmək istəyiriksə, mütləq Bakıdakı matçdan daha yaxşı oynamalıyıq. Bunun üçün çalışacağıq. Başqa ciddi dəyişiklik deyə bilmərəm. Çünki rəqib daim sistemdə rotasiyalar edə bilir. Bizim ən güclü silahımız öz oyunumuzu daha da yaxşı oynamaqdır.
- Sizin avrokuboklarda böyük təcrübəniz var. Bu təcrübədən necə istifadə etməyi planlaşdırırsınız?
- Bəli, mənim də, komandanın da təcrübəsi var. Qarşımızdakı komanda da təcrübəlidir. SSKA-nın baş məşqçisi həm yaxşı futbolçu olub, həm də yaxşı məşqçidir. Belə oyunlarda soyuqqanlı olmalıyıq, səliqəli oynamağa çalışmalıyıq. Qarşımızdakı istəkli rəqib var. Bu, bizi sevindirir. İnanıram ki, aqressiv və yaxşı azarkeşlər qarşısında soyuqqanlı və cəsarətli olacağıq. Buna əminəm. Nəticədən asılı olmayaraq, azarkeşlərin yaxşı oyun izləyəcəklərini düşünürəm.
- Ötən Çempionlar Liqası mövsümündə ən çox qol vuran futbolçularınız Kamilo Duran və Leandro Andrade komandadan ayrıldılar. İlk matçın da 0:0 bitdiyini nəzərə alsaq, onların yerini necə doldurmağı düşünürsünüz? Sabah hücum xəttindən gözləntiləriniz nədir?
- Bəli, çox yaxşı iki oyunçumuzu yaxşı klublara göndərdik. Kollektivə tam uyğunlaşmışdılar. Çox inamlı futbolçular idi. İstənilən halda bu gün düşünmürəm ki, onlar komandada olsaydılar, nələr edərdilər. Onlara uğurlar arzulayıram. Hücum xəttində yer alan futbolçuların hər biri özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. Çox işgüzar yeni futbolçularımız var. Onlara inanaraq komandaya dəvət etmişəm. Bir az fərqli üslubdaolan futbolçulardır. Lakin onların da fərqli oyun manevrləri var. İnanıram ki, Duranla Andradenin yoxluğunu hiss etdirməyəcəklər. Çünki sonadək mübarizə aparmağı bacaran futbolçulardırlar. 
- İki il əvvəl "Ludoqorets"lə matçda 7 qol vurmusunuz. Sabahkı oyunla bağlı düşüncələriniz necədir, daha çox qol vura bilərsinizmi?

- Belə nəticələr nadir hallarda olur. SSKA bir az fərqli komandadır. Bakıda bu komandanın gücünü gördük. Bu gün futbol elə səviyyəyə gəlib çıxıb ki, istənilən kollektiv bu cür nəticə göstərə bilər. İstər 1 top fərqi olsun, istər 2, qalib gəlmək üçün düzgün oyun qurmalıyıq. SSKA-ya qarşı səhv etmək olmaz. Böyük hesabı yaddan çıxarmalıyıq. Bura nəticə üçün gəlmişik.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->