Xəbər lenti

Göygöldə 11,8 min manatlıq heyvan oğurluğu
phrase_var_qaynar. 19:22 29.07.2026

Göygöldə 11,8 min manatlıq heyvan oğurluğu

Göygöl rayonunda 25 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı cinayət işi üzrə məhkəmə hökmü elan edilib.

Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs tanışı ilə qabaqcadan əlbir olaraq özgəyə məxsus əmlakı gizli talamaqda ittiham olunub. İttihama görə, 2024-cü ildə Göygöl rayonunun Haçaqaya kəndindəki açıq otlaq sahəsindən zərərçəkmiş L. Qurbanovaya məxsus 25 baş xırdabuynuzlu heyvan oğurlanıb. Oğurlanan heyvanların ümumi dəyərinin 11 min 800 manat olduğu, nəticədə zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurulduğu bildirilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O, oğurluq hadisəsində iştirak etmədiyini, ittihamda adı çəkilən şəxslə isə yalnız bir neçə dəfə görüşdüyünü bildirib. Onun sözlərinə görə, birlikdə qoz yığıb və kafedə yemək yeyiblər. Təqsirləndirilən şəxs hadisə yerində müşahidə kameralarının olduğunu xatırladaraq görüntülərin araşdırılmasını istəyib və 25 baş qoyunun gizli şəkildə aparılmasının mümkün olmadığını vurğulayıb.

Zərərçəkmiş L. Qurbanovanın sözlərinə görə, oğurlanan heyvanlardan altı baş geri qaytarılıb. Qalan ziyanın ödənilməsi istiqamətində tədbirlər görülür.

Məhkəmə təqdim olunmuş sübutları araşdırdıqdan sonra təqsirləndirilən şəxsə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun həbsdə saxlanıldığı müddət cəzadan hesablanıb və üzərində qəti olaraq 2 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Seyid

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->