Xəbər lenti

Avropa qorxu içində: Donuz vəbası yayılır
Dünya 15:41 15.01.2018

Avropa qorxu içində: Donuz vəbası yayılır

Avropada yayılan "Afrika donuz vəbası" Çexiya və Polşadan sonra Almaniya üçün də təhlükə yaradır.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Leyptsiq Universiteti Heyvan Gigiyenası və Baytarlıq İnstitutu direktoru Uve Truyen alman mətbuatına açıqlamasında ölkədəki donuz fermalarında xəstəliyə qarşı tədbirlərin daha da gücləndirildiyini deyib. Truyen bildirib ki, Polşa və Çexiyadakı vəba hələ də məhv edilməyib və xəstəliyin Almaniyada da aşkarlanması Avropa İttifaqına daxil olmayan ölkələrdə donuz ticarətinin çökməsinə səbəb olacaq. 

Almaniya Fermerlər Birliyinin sədr köməkçisi Verner Şvarz ölkədə 24 min donuz fermasının və bu müəssisələrdə işləyən 120 min nəfərin olduğunu bildirərək xəstəliyin Almaniyaya çatma ehtimalına görə narahatlığını dilə gətirib. O, ilkin tədbir olaraq vəhşi donuzların sayını azaltmağın vacibliyindən danışıb. 

Almaniya Ovçular Birliyinin sözçüsü Torsten Reinvald vəhşi donuzların öldürülməsi üçün mövcud olan bürokrativ maneələrin aradan qaldırılmasının vacibliyindən söz açıb. Ölkədə 350-400 min vəhşi donuz var.

Qeyd edək ki, Afrika donuz vəbası ilk dəfə 2007-ci ildə Gürcüstanda aşkarlanıb. 2014-cü ilə qədər Ukrayna, Polşa, Çexiyaya qədər yayılıb. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->