Avropa Superliqası layihəsi yenidən gündəmə gəldi

Avropa Superliqası layihəsi yenidən gündəmə gəldi

"Barselona"nın prezidenti Xuan Laporta yenidən Avropada Super Liqa müzakirələrini gündəmə gətirib.

Qaynarinfo xəbər verir ki, Avropanın 12 aparıcı klubunun birgə bəyanatı ilə qurulan Superliqa layihəsi qısa zamanda futbol ictimaiyyətindən böyük reaksiya almışdı. Ancaq sonradan "Real", "Barselona” və "Yuventus” kimi önəmli klubların rəhbərlik etdiyi layihənin icrası dayandırıldı. Bütün İngiltərə klubları layihədən çəkildiklərini açıqladı. Lakin Laporta bu klubların yenidən geri qayıtmasını istədiyini bildirib. 

O, "Els Matins"ə açıqlamasında Premyer Liqa klublarının siyasi səbəblərə görə Superliqadan çıxdıqlarını, ancaq geri qayıtmaq istədiklərini bildirib. Avropa futbolunda böyük müzakirələrə səbəb olan bu layihə ictimaiyyətin reaksiyasından sonra dayandırılıb və üzvlərin sayı 3-ə düşüb.

"Juventus", "Barselona" və "Real"ın rəhbərlik etdiyi layihənin UEFA üzvlüyünü tərk edəcək klublara daha yüksək gəlir gətirəcəyi bildirilir.

Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X