Xəbər lenti

Avropanın məhkəzində dünyanın ən çirkli şəhəri: Suda zəhər axır, xərçəng kəskin artır
Dünya 21:31 29.06.2025

Avropanın məhkəzində dünyanın ən çirkli şəhəri: Suda zəhər axır, xərçəng kəskin artır

İsveçin cənubundakı Ronnebi şəhəri içməli su mənbələrində aşkar edilən rekord səviyyəli PFAS (per- və poliflorlu maddələr) çirkliliyi ilə dünya mediasının diqqət mərkəzinə çevrilib. 

Qaynarinfo xəbər verir ki, bu "sonsuz kimyəvi maddələr”in sakinlərin qanında yüksək konsentrasiyada tapılması, həm sağlamlıq, həm də hüquqi baxımdan ciddi nəticələr doğurub.

Zəhərli su və itirilmiş nəsil

2013-cü ilin dekabrında İsveç rəsmiləri Ronnebi şəhərinin içməli suyunda təhlükəsizlik həddini dəfələrlə aşan PFAS maddələrinin olduğunu açıqlayıb. Bu çirklənmənin əsas mənbəyi kimi İsveç Hərbi Hava Qüvvələrinə məxsus baza göstərilib. Burada illərboyu istifadə olunan AFFF adlı yanğınsöndürmə maddəsi yeraltı sulara sızaraq geniş miqyaslı çirklənməyə səbəb olub.

2014-cü ildə Lund Universiteti tərəfindən aparılan testlər göstərib ki, bölgədəki uşaqların qanında PFAS səviyyəsi digər bölgələrə nisbətən 37 dəfə, böyüklərdə isə bəzi hallarda 135 dəfə yüksək olub. Ölçülən bəzi göstəricilər müasir tibbin "təhlükəsiz” hesab etdiyi hədləri 1000 dəfə keçib.
 


Sakit faciə, ictimai oyanış

Köpüklərlə uşaq ikən oynadığını xatırlayan binbaşı Aqnetta Bruno həmin günləri "sabun kimi qoxuyurdu” ifadəsi ilə xatırlayır. Lakin bu nostalji yaddaşın arxasında, əslində, nəsilləri təhdid edən bir kimyəvi fəlakət durur.

PFAS çirklənməsi aşkarlandıqdan sonra şəhərdə güclü ictimai reaksiya yaranıb. BT mütəxəssisi Herman Afzeliusin rəhbərliyi ilə bir qrup sakin "PFAS Dərnəyi”ni quraraq həm maarifləndirici fəaliyyətlərə başlayıb, həm də hüquqi mübarizəyə girişib. 2016-cı ildə içməli su təchizatçısı olan bələdiyyə şirkətinə qarşı 165 nəfər məhkəməyə müraciət edib.

Məhkəmə mübarizəsi və ilk qələbə

İsveç qanunlarına əsasən təzminat tələb etmək üçün birbaşa sağlamlıq zərərinin sübuta yetirilməsi tələb olunur. PFAS zərərçəkənləri isə qanlarında olan yüksək kimyəvi səviyyəni birbaşa "zərər” kimi qiymətləndiriblər. 

Məhkəmə prosesi uzun sürsə də, 2021-ci ildə ilkin qələbə qazanılıb. Lakin bu qərar 2022-ci ildə apellyasiya məhkəməsi tərəfindən ləğv edilib. Nəhayət, 2023-cü ilin dekabrında İsveç Ali Məhkəməsi tarixi qərar qəbul edib: PFAS səviyyəsinin yüksəkliyi şəxsi zərər kimi qəbul edilib və su şirkəti məsuliyyətə cəlb olunub.

Bu qərardan sonra 150 nəfər daha məhkəməyə müraciət edib. Dərnək rəhbəri Herman Afzelius "Gerçək mübarizə indi başlayır” deyə bildirib.

Sağlamlıqda dərinləşən problemlər

Zamanla PFAS-ın sağlamlığa təsiri daha da aşkarlaşıb. Dərnək üzvləri arasında xərçəng diaqnozu qoyulanların sayı artıb. Qadınlarda polikistik yumurtalıq sindromu, erkən menstruasiya, tip 2 şəkərli diabet, osteoporoz və immun sistem problemləri qeydə alınıb.

COVID-19 pandemiyası dövründə aparılan bir araşdırma, PFAS səviyyəsi yüksək olan şəxslərin virusa qarşı daha həssas olduğunu və peyvəndlərə cavablarının zəif olduğunu üzə çıxarıb. Eyni zamanda, uşaqlarda IQ inkişafına mənfi təsir və böyrək xərçəngi riski də sənədlərlə sübut olunub.

Dəstək mesajları və beynəlxalq rezonans

İsveç Ali Məhkəməsinin qərarı yalnız ölkədə deyil, beynəlxalq səviyyədə də diqqət çəkib. ABŞ və İtaliyadakı çevrə hüquqşünasları və zərərçəkən qruplar bu qərarı alqışlayıb. İtalyan "Mamme No PFAS” təşkilatı qərarı "ilhamverici” adlandırıb.

Yeni müalicə imkanları və davam edən risklər

İsveçli tədqiqatçılar PFAS səviyyəsini azaltmaq üçün "kolestiramin” adlı safra bağlayıcı dərmanın ümidverici nəticələr verdiyini bildirirlər. Xüsusilə ana olmağa hazırlaşan qadınlar üçün bu müalicə tövsiyə edilir. Lakin bu kimyəvi maddələrin bədəndən tam atılması illərlə vaxt ala bilər.

Avropa İttifaqı 2020-ci ildən bəzi PFAS növlərini qadağan edib, ABŞ-da isə PFOS əsaslı yanğınsöndürmə maddələrinin istifadəsi 2019-cu ildə dayandırılıb. Bununla belə, yeni nəsil PFAS-lar barədə məlumat hələ də kifayət qədər deyil.



Mikroplastiklər də təhlükə saçır

Son tədqiqatlar, mikroplastiklərin yalnız plastik qablaşdırmadan deyil, həm də şüşə butulkalar, metal qapaqlar və yüksək dərəcədə emal olunmuş qidalardan da keçdiyini göstərir. Şüşə butulkalarda ən çox mikroplastikə rast gəlinib – səbəb isə qapaqlardakı polyester əsaslı boyaların parçalanmasıdır. Sadə gigiyenik tədbirlərlə bu çirklənmə 60%-ə qədər azaldıla bilər.

Əlavə olaraq, yüksək dərəcədə emal olunmuş qidalar (məsələn, toyuq naggetləri) mikroplastiklərə daha çox yoluxur, çünki bu məhsullar plastiklə təmasda olan avadanlıqlardan keçir. Eyni zamanda, təkrar istifadə olunan plastik qablar da isti su ilə təmasda olduqda mikroplastik yayır.

Mütəxəssislər bu maddələrin insan sağlamlığına təsiri ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər. Ancaq ehtiyat tədbiri olaraq, plastik qabda qida saxlamaqdan və bu qabları qızdırmaqdan çəkinmək tövsiyə edilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->