Xəbər lenti

İran bəzi məhsulların ixracını qadağan etdi
Dünya09:57 03.03.2026

İran bəzi məhsulların ixracını qadağan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Kənd Təsərrüfatı Nazirliyi yumurta, pomidor və xurma ixracını qadağan edib.
Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, bu barədə İran Gömrük Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi hazırkı xüsusi şəraitdə ölkə bazarında qiymətlərin tənzimlənməsi məqsədilə bir sıra məhsulların ixracına qadağa tətbiq edib.
Qeyd olunan məhsulların ixracı qadağası qeyri-müəyyən müddətədək davam edəcək.
Əlavə edək ki, ötən gün də İran kartofun ixracına qadağa tətbiq etmişdi.