Xəbər lenti

"ChatGPT" son 3 ayda Azərbaycandakı bazar payının 12 faizini itirdi
Ölkə10:45 03.03.2026

"ChatGPT" son 3 ayda Azərbaycandakı bazar payının 12 faizini itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən ay Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 83,09 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, əvvəlki aya nisbətən 1,53 faiz bəndi azdır. Beləliklə onun payı ardıcıl olaraq 3-cü aydır azalır (ümumi azalma 12 % təşkil edib).
İkinci pillədəki "Google Gemini"nin bazar payı ay ərzində 1,60 faiz bəndi artaraq 11,62 % təşkil edib.
Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı ötən ay 0,11 faiz bəndi artaraq 2,79 % olub.
Dördüncü yerdəki "Microsoft Copilot"un bazar payı 1,63 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,60 faiz bəndi azdır.
İlk beşliyi 0,87 %-lik bazar payı ilə "Claude" qapayır. Onun payı əvvəlki ayla müqayisədə 0,42 faiz bəndi artıb.
Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
"ChatGPT" – 83,27 % (əvvəlki aya nisbətən 1,27 faiz bəndi az);
"Google Gemini" – 10,96 % (+1,40 faiz bəndi);
"Perplexity" – 3,02 % (-0,02 faiz bəndi);
"Microsoft Copilot" – 1,77 % (-0,59 faiz bəndi);
"Claude" – 0,98 % (+0,47 faiz bəndi).
Mobil cihazlarda:
"ChatGPT" – 81,73 % (-2,99 faiz bəndi);
"Google Gemini" – 16,75 % (+2,78 faiz bəndi);
"Perplexity" – 1,02 % (ötən ay 0 % olub);
"Microsoft Copilot" – 0,51 % (-0,80 faiz bəndi);
Planşetlərdə:
"ChatGPT" – 100 % (dəyişməyib);