Xəbər lenti

Xameneinin həyat yoldaşı hava hücumlarında aldığı xəsarətlərdən öldü
Dünya 18:05 02.03.2026

Xameneinin həyat yoldaşı hava hücumlarında aldığı xəsarətlərdən öldü

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə ölüb.

Qaynarinfo-nun xəbərinə görə, məlumatı "Mehr” yayıb.

Bildirilir ki, Mənsurə Xocəstə Xameneinin evi bombalanarkən onun yanında olub və xəsarət alıb.

Komada olan Mənsurə Xocəstə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, İran İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.
--> -->