İdman 19:08 15.09.2021

Avstraliyada keçirilməli olan yarış təxirə salındı

Avstraliyanın Bathurst şəhərində keçirilməsi planlaşdırılan kross qaçışı üzrə dünya çempionatı təxirə salınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dünya Atletikası və "Bathurst 2022" Kross Qaçışı Təşkilat komitəsi məlumat yayıb. 2022-ci ilin 19 fevralında baş tutmalı olan yarış 2023-cü il fevralın 18-də keçiriləcək.

Təxirəsalınmanın əsas səbəbi biotəhlükəsizlik tədbirləri və COVİD-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün tətbiq edilən səyahət qadağalarıdır. Avstraliya sərhədləri hələ də beynəlxalq ziyarətçilər üçün qapalıdır.

Səbuhi Həsənov