Xəbər lenti

Avstraliyadan Hörmüz koalisiyasına dəstək
Dünya 12:52 21.08.2019

Avstraliyadan Hörmüz koalisiyasına dəstək

Avstraliyanın Baş naziri Skott Morrison Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üçün hərbi qüvvə göndərəcəklərini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Avstraliya ABŞ və İngiltərə tərəfindən yaradılan koalisiyaya kəşfiyyat təyyarəsi, hərbi gəmi və 200 hərbçi ilə dəstək verəcək. 

Qeyd edək ki, Hörmüz boğazında koalisiya barədə qərar İrana məxsus tankerin İngiltərə tərəfindən saxlanılmasından sonra yaranan gərgin vəziyyətlə əlaqələndirilir. Lakin koalisiya üzvləri hərbi qüvvənin ərazidən keçən ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını iddia edir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->