Xəbər lenti

Avtobuslarda plan ləğv edilir - VİDEO
Ekonomiks 16:59 09.10.2014

Avtobuslarda plan ləğv edilir - VİDEO

Avtobusların iştirakı ilə baş verən qəzaların qarşısının alınması üçün Nəqliyyat Nazirliyi tədbirlərə başlayıb.

ANS TV-nin məlumatına görə, avtobusların iştirakı ilə baş verən qayda pozuntuları xoşagəlməz sonluqla nəticələnir. Belə hadisələrdən biri də sonuncu dəfə metronun Xətai stansiyası yaxınlığında baş vermişdi. Belə ki, 30 saylı marşrut xətti il hərəkət edən iki avtobus bir- biri ilə toqquşub. Toqquşan avtobuslardan biri bu vaxt dayanacaqdan çıxırmış. Digəri isə ona məhəl qoymadan yanından sürətlə keçmək istəyib. Ancaq bacarmayıb və ictimai nəqliyyat vasitələrinin toqquşması nəticəsində ötmə əməlliyatını yerinə yetirmək istəyən avtobus səkiyə çıxıb.

Hadisə nəticəsində hər iki avtobusa ciddi ziyan dəyib, sərnişinlərdən biri isə yüngül xəsarət almışdı. Avtobusun səkiyə çıxması nəticəsində yol təsərrüfatına da zərər dəymişdir. 

Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdiki avtobuslarin iştiraki ilə baş verən qəzaların qarşısının alınması üçün Nazirlik tərəfiəndən tədbirlər görülür. Sürcülərin həmçinin mədəniyyət səviyyələrinin artırılması üçün sürücü bazası yaradılıb. Kurslara cəlb olunan sürücülərə həmçinin xarici dildə öyrədiləcək.

2015-ci ilin mart ayına qədər isə bütün avtobuslar kart sistemi ilə tam təmin olunacaq ki bundan sonra da baş verən qəzaların qarşısını almaq mümkün ola bilər. Çünki belə olan halda sürücülər stabil maaş alacaqla rki bununla da sürücülərin qarşısına qoyulan plan ləğv olunacaq.

Ümid edəkki Nəqliyyat Nazirliyi tərəfindən görülən bu tədbirlər tezliklə öz nəticəsini verəcək.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->