Ekonomiks 12:42 13.08.2022

“Avtoservis 555” Dövlət Agentliyini məhkəməyə verdi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, "Avtoservis 555” MMC qurumla bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İş hakim Aytən Əliyevanın icraatındadır. 

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. Təfərrüat barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur. 

"Avtoservis 555” MMC 26 oktyabr 1993-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Kərimov Orxan Ağarəhim oğludur. 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 19 aprel 2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında yaradılıb. Qurumun icraçı direktoru Aygün Əliyevadır.

Seyid