Xəbər lenti

Qəhrəman Qələndərov direktor oldu - Camal Sadıxov təsisçi vəzifəsinə keçdi
Ekonomiks 18:37 14.03.2023

Qəhrəman Qələndərov direktor oldu - Camal Sadıxov təsisçi vəzifəsinə keçdi

Bakı Beynəlxalq Avtovağzalına yeni direktor təyin edilib.

Qaynarinfo unikal-a istinadən xəbər verir ki,  bu vəzifəyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq rəis müavini Qəhrəman Qələndərov təyinat alıb.
 

Qəhraman Qələndərov

 
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Qaynarinfo-ya bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə direktor vəzifəsinə Qələndərov Qəhrəman Cahangir oğlunun təyin edilməsi "Azerbaijan Ground Services” MMC-nin təsisçisinin qərarında əksini tapıb.
Qeyd edək ki, "Azerbaijan Ground Services” MMC-nin qanuni təmsilçisi Camal Sadıxovdur. 
 

Camal Sadıxov

Xatırladaq ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadıq Sadıqovun qardaşı C.Sadıqov bu təyinatadək Azərpoçt-un Sumqayıt Poçt Filialının müdiri və daha sonra avtovağzalın baş direktoru vəzifəsində çalışıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->