Xəbər lenti

Cəbrayılda analar və uşaqlar üçün psixososial dəstək təlimləri keçirildi (FOTOLAR)
Foto 11:00 16.07.2025

Cəbrayılda analar və uşaqlar üçün psixososial dəstək təlimləri keçirildi (FOTOLAR)

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ərsəyə gətirdiyi "İşğaldan azad edilmiş ərazilərdə analarla iş" layihəsi çərçivəsində Cəbrayıl şəhərində psixososial dəstək proqramı keçirilib.

Qaynarinfo xəbər verir ki, birliyin rəhbəri Sevinc Fədai bildirib ki, təlimlərin məqsədi post-münaqişə dövründə anaların psixoloji dayanıqlığını artırmaq, ailə və icma daxilində onların rolunu gücləndirmək və uşaqların inkişafına fəal şəkildə cəlbini stimullaşdırmaq olub.

11 iyul və 13 iyul tarixlərində Cəbrayıl şəhər Mehdi Mehdizadə adına ümumtəhsil orta məktəbində baş tutan təlimlərdə iştirak edən analar məktəbəqədər yaşlı uşaqların inkişafında ana rolunun əhəmiyyəti, stressin idarə olunması, sağlam ailə mühiti və icma dəstəyi mövzularında bilik və bacarıqlar qazanıblar. Rollu oyunlar və art terapiya vasitəsilə ana-övlad münasibətləri üzərində işlənilib, emosional bağın möhkəmləndirilməsinə şərait yaradılıb.

Uşaqlar üçün açıq havada keçirilən hərəkətli fəaliyyətlər onların sosial və emosional bacarıqlarını inkişaf etdirməklə yanaşı, qaydalara riayət etmə vərdişlərini də gücləndirib. Rəsm terapiya zamanı isə uşaqlar qorxu və hisslərini sərbəst ifadə etmə imkanı qazanıblar.

Təlim proqramını psixoloq Sevda Alışova-Bəşirli, art terapevt Nərmin Şahverdiyeva, metodist Vüsalə Mustafayeva və pedaqoq Gülmira Ələsgərova-Cəfərovadan ibarət peşəkar heyət həyata keçirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->