İki il əvvəl beyninə qan sızan və son 20 gün ərzində ayaqları tutulan meyxanaçı Ağakərimin (Kərim Novruzov) vəziyyətində yaxşılaşma var.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, "Hər şey daxil" proqramının aparıcısı Tolik və Hacı Nuran meyxanaçını xəstəxanada ziyarət ediblər.
Ağakərim vəziyyətinin gündən-günə yaxşılaşdığını deyib. Müalicə həkimi də meyxanaçının əlində və ayağında istiləşmənin müşahidə olunduğunu bildirib.
Qeyd edək ki, Ağakərimin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Şərhlər