Ayaqyalın çıxdığı kəndə 30 il sonra qayıtdı — Tuğdan (VİDEOREPORTAJ)
İşğaldan azad olunmuş Xocavənd rayonunun Tuğ kəndindəyik. Dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə yerləşən kənd sözün əsl mənasında cənnəti xatırladır. Dünyada məşhur olan Azıx və Tağlar mağaraları Tuğ kəndinin yaxınlığında yerləşir.
1991-ci il oktyabrın 30-dan 31-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Tuğ 2020-ci il noyabrın 9-da Müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunub.
İşğaldan əvvəl kənddə azərbaycanlılarla azsaylı ermənilər birgə yaşayıb. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda erməni separatçıları azərbaycanlılara qarşı soyqırımlar törədiblər. O cümlədən Tuğ kəndində də həmyerlilərimiz ermənilər tərəfindən amansız hücumlara məruz qalıb. //azvision.az
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər