Azərbaycan Rusiyanın lisenziyası əsasında 100 min "AK-74M” "Kalaşnikov" avtomat silahı istehsal edib.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi Belarusun paytaxtı Minskdə keçirilən "MİLEX-2019” beynəlxalq silah və hərbi texnika sərgisində TASS agentliyinə bildirib.
Onun sözlərinə görə, Azərbaycan "Kalaşnikov" avtomatlarını 2021-ci ilədək istehsal edəcək: "Ümumilikdə, 120 min ədəd "AK-74M” buraxılacağı ehtimal edilir”.
Sərgi mayın 18-dək davam edəcək.
Şərhlər