Ekonomiks 16:00 15.09.2021

Azərbaycan Aİ-95 və Aİ-98 markalı benzinləri özü istehsal edə bilər... - Deputat

"Hazırda Azərbaycanda Aİ-92 markalı benzin istehsal olunur və həmin benzinin qiyməti Taarif Şurası tərəfindən tənzimlənir. Bu baxımdan daha məqsədəuyğundur ki, Azərbaycanda "Avro-1” standartına uyğun benzin istehsalı təşkil edilsin”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan nefti istehsal və ixrac edən bir ölkədir:



"Bizim neft resurslarımızı və neft hasilatçı ölkə olduğunu nəzərə alsaq? çox vacibdir ki, həm də Avropa standartlarına uyğun benzin istehsalı həyata keçirilsin. Əslində Avropa standartlarına uyğun benzin istehsalnın təşkil edilməsi artıq digər həm 95, həm də 98 markalı benzinin idxalına tələbi kəskin azalda bilər. Yerli istehsalın təşkil edilməsi qiymətlərin optimallaşdırılması və tənzimlənməsi baxımından vacibdir”.  

Deputat hesab edir ki, bütövlükdə "Avro-1” standartlarına uyğun benzinin qiymətinin dünya bazarındakı qiymət dəyişkənliyi ilə əlaqəsinin minumumlaşdırılması üçün həmin benzin istehsalının Azərbaycanda təşkil edilməsinə ehtiyac var:

"Bu baxımdan çox vacibdir ki, Dövlət Neft Şirkəti tərəfindən Avropa standartlarına uyğun benzin istehsalının təşkili ilə bağlı proseslər intensivləşsin. Daha qısa zamanda, təbii ki, texnoloji imkanlar çərçivəsində Azərbaycanda "Avropa 5” standartlarına uyğun, yəni 95 və 98 markalı benzinlərin istehsalının təşkilinə ehtiyac var ki, bu halda qiymətlərin optimallaşdırılması və artıq qiymətlərin tənzimlənməsi həyata keçiriə bilər. Nəticə etibarı ilə bu markalı benzinlərin dünya bazarı ilə əlaqəsinin tamamən aradan qaldırılması mümkün ola bilər”.

Bahar Rüstəmli