"Azərbaycan Dəmir Yolları" bugünkü qərarını ləğv etdi

Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, beləliklə, Sumqayıtdan saat 19:35-də yola düşən  Sumqayıt-Pirşağı-Bakı, Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt  elektrik qatarlarının  hərəkət qrafiki olduğu kimi saxlanılır. 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR