Dünyaca məşhur "Netflix” kino şirkəti siyasi elmlər üzrə fəlsəfə doktoru dosent, AMEA-nın əməkdaşı Zaur Əliyevin İndoneziyada İslamın Azərbaycanlı tərəfindən gətirilməsinə aid araşdırmasını bu günlərdə rejissoru və ssenaristi Monti Tiua, həmsenaristi Alim Sudion olan İndoneziya istehsalı olan "Leyla-Məcnun” filmində istifadə edib.
Qaynarinfo xəbər verir ki, film Bakıda və İndoneziyada çəkilib.
Araşdırmanın müəllifi Zaur Əliyev qeyd edib ki, filmdə istinad məhz İndoneziyada İslamı yayan Malik İbrahim barədə araşdırmasına aiddir.
"Qeyd edim ki, İslamı İndoneziyaya XIV əsrdə yaşayan və Səmərqənddən gələn Malik İbrahim adlı din xadimi gətirib. Mənbələrə görə, o, Səmərqəndə Xəzərin sahilindən, daha doğrusu, Azərbaycandan gəlib. O, Səmərqənddə islamı öyrənib, sonra İndoneziyaya gedib. Beləliklə, islam İndoneziyada azərbaycanlılara görə yayılıb”.
"Netflix kimi məşhur şirkət öz filmində mənim araşdırmama istinad etməsi sevindirici andır”, - Zaur Əliyev əlavə edib.
Qeyd edək ki, ilk dəfədir "Netflix” kimi məşhur şirkət öz filmində azərbaycanlı alimə istinad edib.
Şərhlər