Azərbaycan filmindəki səhnə dünya trendinə çevrildi (VİDEO)

Azərbaycan filmindəki səhnə dünya trendinə çevrildi (VİDEO)

İlk dəfə 2017-ci ildə ekranlara gələn "Kəklikotu” filminin səhnələrindən biri trendə çevrilib.

Qaynarinfo BAKU.WS-ə istinadən xəbər verir ki, ekran işinin gülməli səhnələrindən birində filmin aktyoru Əlixan Rəcəbov "Çelovek pauk gəldi” ifadəsini səsləndirərək əlindəki silahla müəyyən hərəkətlər edir.

Videoblogerin bu sözləri deyərkən etdiyi qəribə hərəkəti trendə çevrilib. Xarici "Tik-tok” istifadəçiləri və blogerlər aktyoru parodiya edərək yerli mahnının sədaları altında video lentə alıblar.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub. Video böyük izləyici kütləsi olan səhifələrdə paylaşılaraq trendə çevrilib.

Qeyd edək ki, komediya və macəra janrında lentə alınan "Kəklikotu” tammetrajlı bədii filminin rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadədir.

Ekran işində rolları Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov kimi aktyorlar, Aqil M.Quliyev və Nigar Camal kimi tanınmışlar canlandırıblar.

XƏBƏRLƏR
BLOGLAR
X