Xəbər lenti

Azərbaycan kino işçiləri dövlət rəhbərinə müraciət etdi (MƏTN)
Sənət 16:11 12.12.2019

Azərbaycan kino işçiləri dövlət rəhbərinə müraciət etdi (MƏTN)

Ölkədə sənət filmlərinin çəkilişi zamanı yaranan maneələrin aradan qaldırılması, sənət filmlərinin də kommersiya filmləri ilə paralel olaraq kinoteatrlarda satışınının təşkil edilməsi üçün bir qrup kino işçisi bu gün Prezidentə, Vitse-prezidentə və Mədəniyyət nazirinə müraciət imzalayıb. 

Qaynarinfo sözügedən müraciəti olduğu kimi təqdim edir:

"90-cı illərdən bu günə qədər ölkəmizdə kino sahəsində böyük böhran yaşanmaqdadır. Dünya kino industriyası sürətlə inkişaf edir, biz isə qlobal kino mühitində gedən proseslərlərdən uzaqda qalır, dünya kino industriyasından kənardayıq, hələ də kino sənayemizi formalaşdıra bilmirik. Məsələ ilə bağlı illərdir Mədəniyyət Nazirliyində, Milli Məclisdə və ictimaiyyət arasında müzakirələr aparılaraq islahatla bağlı təkliflər irəli sürülsə də, prosesi dəyişəcək heç bir uğurlu nəticə yoxdur. Bu gün Azərbaycanda az büdcə ilə müstəqil çəkilən, yaxud da dövlət sifarişi ilə istehsal olunan bir neçə filmin dünyadakı kino festivallarına çıxması epizodik xarakter daşıyır və ölkəmizdə kinoindustriyanın formalaşmasına, kino adamlarının hamısına bərabər şərtlər təmin edilməsinə heç bir təsiri yoxdur.

Hazırda ölkəmizdə kinoteatr adına yalnız ticarət mərkəzlərində yerləşən kinosalonlar və Mədəniyyət Nazirliyinin balansında olan yeganə kinoteatr "Nizami” Kino Mərkəzi fəaliyyət göstərir ki, onların hamısı çoxbüdcəli yerli və xarici kommersiya filmlərinin nümayişlərindən, bilet satışlarından gəlir əldə edir. Bu cür prokat sistemi isə həm əhalini kinodan uzaqlaşdırır, həm fərqli üslubda film çəkənlərin platformasızlığına, həm də ölkəmizdəki istedadlı prodüserlərin, rejissorların və digər kino adamlarının çarəsiz vəziyyətə düşməsinə səbəb olur.

Bütün bunları dəyişdirmək üçün biz bir qrup kino adamları aşağıda qeyd etdiyimiz "az büdcəli filmlərin kino sənayesi modeli”nin Azərbaycanda tətbiqini istəyirik. Avropa ölkələrinində illər əvvəl tətbiq olunmuş, indi hətta kino industriyası böyük olmayan Myanmar, Efiopiya, Qana kimi ölkələrdə tətbiq olunan və uğurlu nəticələr verən bu model çox asan və sadədir. 

"Az büdcəli filmlərin kino sənayesi modeli”nin tətbiqi aşağıdakı formadadır:

1. Kino adamlarının istədikləri texniki imkan və heyət ilə məkanlarda çəkiliş etmələrinə heç bir əngəl törədilməməsi təmin edilir. Yalnız səlahiyyətli orqanlara çəkiliş ediləcəyi barədə xəbərdarlıq məktubu ünvanlanır və həmin məktubun surəti prodüserə verilir. Əlavə olaraq çəkiliş üçün icazə almanın aradan qaldırılması, polis və digər mühafizə orqanları tərəfindən yaradıcı prosesə, çəkilişlərə müdaxilələr olunmamağı təmin olunur. 

2. "Nizami” Kino Mərkəzində gənclərin az büdcəli və ya büdcəsiz, hətta zəif texniki imkanlarla ərsəyə gətirdikləri, lakin bədii baxımından keyfiyyətli filmlərin nümayişlərinə simvolik bilet qiymətləri ilə (2-3 manat) imkan yaradılır. Sözügedən filmlərin afişalarının mərkəzin qarşısında asılmasına, filmlərin 3-4 həftə müddətində proqramda saxlanılmasına şərait yaradılır.

3. "Nizami” Kino Mərkəzi həmin filmlərin nümayişindən gəlir istəmir. Simvolik olaraq hər büdcəsiz filmin bilet satışından əldə olunan gəlirin 3%-i "Nizami” Kino Mərkəzinə verilir və əlavə heç bir faizin ödənilməməsi razışlaşdırılır.

4. Filmlərin "Nizami” Kino Mərkəzində nümayişi ilə bağlı icazə verilməsinə və ya yaş həddinin qoyulmasının mərkəzin rəhbərliyi tərəfindən həyata keçirilməsinə imkan yaradılır. 

5. "Nizami” Kino Mərkəzi Azərbaycan Resublikasının Konstitusiyasında qoyulmuş qadağalardan - dini, irqi, cinsi ayrıseçkilik, ekstermist çağırışlar və təbliğatlar - əlavə bir şərt qoyulmur və filmlər üçün yüksək texniki keyfiyyət tələb etmir.

6. Az büdcəli və büdcəsiz filmlərin təməl məqsədi ölkədə kino sənayesini formalaşdırmaq və insanları sənət baxımından daha keyfiyyətli kinoya yönləndirmək olduğundan qazanılan məbləğ Mərkəz tərəfindən şübhə predmeti olmur.

7. Dövlət obyektləri və özəl obyektlər kinomuza dəstək naminə kino adamlarına yardımlarını əsirgəmirlər.

Qeyd etdiyimiz bəndlərdə ticarət mərkəzlərindəki kinozalların və yerli kommersiya filmlərinin gəlirlərinə qarışmamaq üçün büdcəsiz filmlərin nümayiş məkanı kimi "Nizami” Kino Mərkəzini seçmişik. Buna baxmayaraq, istənilən kinoteatr məkanının sizlər tərəfindən bizə təklif olunmasına da razıyıq. Eyni zamanda Mərkəz hazırda paytaxtda sırf kinoteatr ənənəsini daşıyan yeganə kinoteatrdır və təklif etdiyimiz nümayişlərin orda keçirilməsi yaradıcılıqla məşğul olan gənclərin, kino adamlarının müzakirələr apardığı məkana çevrilməsinə şərait yaradacaqdır.

Hörmətlə:

İntiqam Hacılı - rejissor 
Elvin Adıgözəl - rejissor
Elcan Məmmədov - rejissor
Namiq Ağayev - rejissor
Mübariz Nağıyev - rejissor
Sirac Mustafayev - rejissor
Səidə Haqverdiyeva - rejissor
Asif Abramov - rejissor
Behzad Əhmədov - rejissor
Elmar Bayramov - rejissor
Nərmin Knyazlı - rejissor
Rövşən İsgəndərov - rejissor
Ərtoğrul Kamalov - rejissor 
Tural Vaqifoğlu (Mustafayev) - rejissor 
Seyran Bədəlov - rejissor
Babək Əbdürrəhmanlı - rejissor 
Vəfa Fətullayeva - rejissor
Emin Muradov - rejissor
Ülviyyə Əhmədova - rejissor
Tamerlan Musayev - rejissor
Kazım Abdullayev - aktyor, xalq artisti
Əjdər Zeynalov - aktyor 
Kamran Ağabalayev - aktyor
Zülfiyyə Qurbanova - aktrisa
Xanım Əliyeva - aktrisa
Vüsal Murtuzəliyev - aktyor
Ziya Ağa - aktyor
Mənsurə Əhmədova - aktrisa
Nigar Əhmədova - aktrisa
Vüsalə Ağayeva - aktrisa
Şəhla Əliqızı - aktrisa
Vüsalə Məmmədzadə - aktrisa
Rada Nəsibova - aktrisa
Elçin Cəfərov - aktyor
Elvin Əhmədov - aktryor
Xatirə Süleymanova - aktrisa
Nigar Məmmədova - aktrisa
Duyğu Dəvəli - aktrisa
Cəmilə Tağızadə - aktrisa
Vüqar Arıqlar - aktyor
Alparslan Oğuz - aktyor
Şamil İbrahimov - aktyor
Cavid Aydınov - aktyor
Elçin Məmmədli - aktyor
Elşən Ədalətli - aktyor
Ruslan İsmayılov - aktyor
Beyrək Rüstəmzadə - aktyor
Sevinc Elsevər - ssenarist
Ülviyyə Heydərova - ssenarist
Reyhan İsayeva - ssenarist
Türkan Zamanova - ssenarist
Vüsalə Quliyeva - ssenarist
Emil Hacızadə - ssenarist
Sara Bayramova - senarist
Pərviz Məmmədov - ssenarist
Səbuhi Məmmədov - prodüser
Nilufər Hacılı - prodüser
Vasif Ayan - prodüser
Ruslan Ağazadə - operator
Elvin Rəhimli - operator
Əli Səfər - operator
Aygün Aslanlı - kinotənqidçi
Könül Sərkərnamazova - kinotənqidçisi
Hacı Səfərov - kinotənqidçi
Toğrul Musa - səs operatoru
Əsgər Rəhimov - montajçı
Vüsal Rahim - rəssam
Qalib Mirzəliyev - qrim ustası
Nərminə Mirzəliva - qrim ustası
Sain Fərhad Fərmanlı – kaskadyor”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->