İdman 17:43 07.11.2019

Azərbaycan millisi Rusiya və Xorvatiyaya rəqib oldu

Futzal üzrə "DÇ-2020"nin elit-raundunun püşkü atılıb.

Qaynarinfo xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Rusiya, Slovakiya və Xorvatiya yığmaları ilə birgə C qrupuna düşüb.

A qrupu: Portuqaliya, İtaliya, Belarus, Finlandiya
B qrupu: İspaniya, Serbiya, Ukrayna, Fransa
C qrupu: Rusiya, Azərbaycan, Slovakiya, Xorvatiya
D qrupu: Qazaxıstan, Sloveniya, Rumıniya, Çexiya