Xəbər lenti

Azərbaycan neftinin qiyməti ilə bağlı nazirdən açıqlama (VİDEO)
Video 10:30 11.12.2018

Azərbaycan neftinin qiyməti ilə bağlı nazirdən açıqlama (VİDEO)

OPEC-in hasilatın azaldılması barədə qərarı neftin qiymətinin artmasına səbəb olacaq.

Bunu "Xəzər Xəbər"ə müsahibəsində energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, ötən həftə Vyanada OPEC və bu təşkilata üzv olmayan dövlətlərin iştirakı ilə keçirilmiş iclasın məqsədi də məhz neft qiymətlərinin tənzimlənməsi olub. Pərviz Şahbazov deyib ki, iclasda gündəlik neft hasilatının azaldılması barədə qərar qəbul edilib.

Nazir bildirib ki, Azərbaycan da gündəlik hasilatın 20 min barel azaldılması barədə öhdəlik götürüb. Bu qərar gələn ilin 6 ayı üçün nəzərdə tutulub.

Pərviz Şahbazov qeyd edib ki, qərar bütün bazara təsir göstərəcək. Neft bazarında mövcud rezervlər azaldıqca qiymət müəyyən qədər artacaq.

Nazir vurğulayıb ki, qiymətlərin balanslaşması neft sənayesinin inkişafına da müsbət təsir edəcək.

 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->