Xəbər lenti

Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
Siyasət 11:05 29.04.2026

Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.

"Report"un məlumatına görə, təyyarə artıq İrəvanın aeroportunda eniş edib.

Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir.
--> -->