Xəbər lenti

Çempionlar Liqası:
İdman 09:29 29.04.2026

Çempionlar Liqası: "Atletiko" Madriddə "Arsenal"la qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.

Qaynarinfo-nun məlumatına görə, "Atletiko" Madriddə İngiltərənin "Arsenal" klubu ilə qarşılaşacaq.

Görüş "Metropolitano" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Matçı niderlandlı Denni Makkeli idarə edəcək.

Tərəflər arasında cavab görüşü mayın 5-də olacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ Fransada Almaniya çempionu "Bavariya"nı 5:4 hesabı ilə üstələyib.
--> -->