Azərbaycan olimpiadaya 5-ci lisenziyanı qazandı

Azərbaycan olimpiadaya 5-ci lisenziyanı qazandı

Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov karyerasında üçüncü dəfə Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib.

Qaynarinfo xəbər verir ki, 31 yaşlı idmançı bu nailiyyətə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 97 kq çəki dərəcəsində imza atıb. Olimpiya, dünya və Avropa çempionu 1/4 final mərhələsində gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze üzərində qələbə sayəsində yarımfinala yüksələrək, ilk "6-lıq"dakı yerini təmin edib. Beləliklə, Şərifov lisenziya normasını doldurub və Tokio Olimpiya Oyunlarında iştirak hüququ qazanıb. O, Azərbaycanın hazırkı dünya çempionatında ikinci, ümumilikdə isə 5-ci lisenziyasını təmin edib.

Xatırladaq ki, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev, gimnast Zöhrə Ağamirova, güləşçi Mariya Stadnik də Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.
XƏBƏRLƏR
BLOGLAR