İdman 18:08 29.11.2021

Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vuruldu

Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulub. 
 
Qaynarinfo xəbər verir ki, turun son qarşılaşması Qəbələnin eyni adlı təmsilçisi ilə "Qarabağ" arasında baş tutub. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma elə başladığı hesabla da yekunlaşıb - 0:0.
 
Bu nəticədən sonra "Qarabağ" xallarının sayını 27-yə, "Qəbələ" isə 22-yə çatdırıb.
 
Azərbaycan Premyer Liqası

XII tur

29 noyabr (bazar ertəsi)

16:00. "Qəbələ” – "Qarabağ”

Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu.

Turun geridə qalan qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb
 
"Sabah" - "Keşlə" 2:1
"Neftçi" - "Səbail" 1:0 
"Sumqayıt" - "Zirə" 0:3
 
"Qarabağ" - 27, "Zirə" - 22, "Qəbələ" - 22, "Neftçi" - 20, "Sabah" - 14, "Sumqayıt" - 11, "Keşlə" - 10, "Səbail" - 9.

Səbuhi Həsənov