Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki oyun keçiriləcək. Əvvəlcə "Qarabağ" "ASK Arena"da "Keşlə"nin qonağı olacaq. Qarşılaşmanı gənc referi Fərid Hacıyev idarə edəcək. Komandalar indiyədək ölkə çempionatında 66 dəfə üz-üzə gəlib. Bu oyunların 13-də meydan sahibləri, 31-də isə qonaqlar qələbə qazanıb. 22 görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti də Ağdam klubunun xeyrinədir - 85:42. "Qarabağ” son 11 oyunda rəqibinə uduzmayıb. "Keşlə”nin son iki ev matçı heç-heçə başa çatıb.
Günün son oyunu "ASCO Arena"da baş tutacaq. "Səbail" "Zirə"ni qəbul edəcək. Görüşün baş hakimi Kamal Umudlu olacaq. Tərəflər arasında bunadək baş tutmuş 15 qarşılaşmanın 8-i qonaqların, 3-ü meydan sahiblərinin xeyrinə başa çatıb, 4 görüş bərabərliklə yekunlaşıb. QOl sayında "Zirə" üstündür - 8:19. "Zirə” son 6 qarşılaşmada bu rəqibinə məğlub olmayıb. "Səbail” isə son 3 görüşdə qol vurmayıb.
Tura sentyabrın 26-da oynanılacaq "Sabah" - "Neftçi" və "Sumqayıt" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.
25 sentyabr
17:00. "Keşlə” – "Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"ASK Arena”.
19:15. "Səbail” – "Zirə”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
"ASCO Arena”.
"Qəbələ" - 10, "Qarabağ" - 10, "Neftçi" - 7, "Səbail" - 6, "Sumqayıt" - 6, "Zirə" - 5, "Sabah" - 1, "Keşlə" - 0
Səbuhi Həsənov
Şərhlər