Xəbər lenti

Azərbaycan saytlarına edilən fişinq hücumların sayı artıb
Texnologiya 13:08 01.06.2019

Azərbaycan saytlarına edilən fişinq hücumların sayı artıb

Azərbaycanın ".az" domenində qeydiyyatdan keçən saytlardan hər 42-si nəticə etibarı ilə bir uğurlu fişinq hücuma məruz qalır. 

ONA-nın xəbərinə görə, bu barədə "Netcraft" analitik şirkəti məlumat yayıb.

Qeyd edək ki, bu günə ".az" domenində qeydiyyatdan keçən saytların sayı 32 384 ədəd təşkil edir. Şirkətin məlumatına əsasən may ayı ərzində saytların 771-i fişinq hücumuna məruz qalıb ki, bu rəqəm milli domendə qeydiyyatdan keçən saytların 2,4%-ni təşkil edir.

May ayında qeydə alınan fişinq hücumlarının sayı aprel ayının göstəricisini 12 dəfədən artıq üstələyir.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 292, Özbəkistanda – 1078, Rusiyada – 521, Qırğızıstanda – 709, Belarusda – 766, Qazaxıstanda – 913, Gürcüstanda – 238, Ermənistanda isə 476 sayta bir uğurlu fişinq hücumu düşür.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->