Arıqlamaq üçün pəhriz saxlayan, idmanla məşğul olan şou əhlinin çəkisi bəlli olub.
Axşam.az-ın məlumatına görə, “Space” telekanalında yayımlanan “Plyus-minus” verilişi məşhurları tərəziyə çıxarıb, əsl çəkilərini ortaya çıxarıb:
Müğənni Vasif Məhərrəmli – 91 kiloqram. Geyimsiz 89 kiloqrama düşürəm.
Müğənni Natavan Həbibi – 56 kiloqram: “Əslində 51 kiloqram idim, indi yemək yemişəm deyə artmışam”.
Əməkdar artist Mətanət İsgəndərli – 85 kiloqram.
Müğənni Emil Bədəlov – 81 kiloqram: “Son vaxtlar kökəlmişəm. Buna görə də idmanla ciddi məşğul olmağa başlamışam”.
Müğənni Günay İbrahimli – 56 kiloqram: “Kökəlmək istəyirəm”.
Rəqqasə Fatimə - 55 kiloqram.
Müğənni Xatun – 65 kiloqram: “Mən evdə özümü çəkərkən heç kimin olmadığı otağa girir, soyunub tərəziyə çıxıram”.
Qaynar.info
Şərhlər